Ölkə əhalisinin Yeni il qabağı ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” “Yeni ilə pul ilə” şüarı altında yeni endirim kredit kampaniyasına start verir.
5 dekabr 2012 – 15 yanvar 2013 il tarixləri arasında “Bank of Baku” ölkə vətəndaşlarına arayışsız (yalnız şəxsiyyət vəsiqəsilə) nağd kreditlər ayıracaq. Bundan savayı, bu müddət ərzində “Bank of Baku” istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 3 %-lik endirim həyata keçirir. ( avtomobil, ipoteka, əmanətə bağlı və VİP kreditlər bu kampaniyaya şamil edilmir).
Kreditin minimal və maksimal məbləği 500-5000 manat, müddəti isə 30 ay təşkil edir.
3 %-lik endirim və arayışsız kredit fürsətindən faydalana biləcək əhali qrupları ilə bu keçidə daxil olub tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/araissiz-kreditler/yeni-ile-pul-ile-arayissz-kredit.html .
Tezliklə “Bank of Baku”-nun korporativ saytında onlayn bələdçi istifadəyə veriləcək. Onlayn bələdçinin yardımı ilə hər bir kəs nə qədər arayışsız kredit ala biləcəyinə dair məlumat alacaq.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək mümkündür. Eyni zamanda maraqlanan şəxslər bankın korporativ sosial şəbəkə saytı olan www.facebook.com/bankofbaku.com baş çəkib istənilən sual verə bilər.
“Bank of Baku”-dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını,“Bank of Baku”-nun daimi müştəriləri “Dostlar klubu”nun hansı kartına sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə “Dost, boşluq, 6 rəqəmli müştəri kodu”nu yazıb 8145-ə SMS göndərə bilər.