Gəncə şəhərindən 8 TIR tipli yük maşını Türkiyəyə yardım məqsədilə yola salınıb.
Facemark.az "Report.az"-a istinadən xəbər verir ki, fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədi ilə Gəncə şəhərindən növbəti humanitar yardım maşınları qardaş ölkəyə yola düşüb.
Avtomobil yükləri Siyəzən, Şabran, Xızı, Daşkəsən, Qax, Bərdə, Qəbələ və Gədəbəy rayonlarından gətirilən yardımlardır.
Ümumilikdə 11 tondan çox olan yardım Gəncədə xüsusi olaraq ayrılmış TIR tipli yük maşınlarına yüklənib.
Göndərilən ləvazimatlar isə əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, adyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.
Qeyd edək ki, yardım karvanı Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana yol şəraiti nəzərə alınaraq tez bir zamanda çatırılmsı üçün dayanmadan hərəkət edəcək.