“EY İlin İş Adamı 2023” mükafatının qalibinin seçilməsinə bir neçə gün qalıb.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) öz rəsmi saytında qeyd edib.


Bu müsabiqə uğur qazanmaq yolunda qarşısına məqsədlər qoyan sahibkarlar üçün nüfuzlu mükafatlardandır. Qalib müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə keçirilən müsabiqəyə ABB və bp sponsor dəstəyi göstərir. Veysəloğlu Şirkətlər Qrupu da müsabiqəyə maliyyə dəstəyi verir. EKVITA konsaltinq şirkəti proqramın tərəfdaşları sırasındadır.


Bu il 13 güclü namizəd “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparacaq. Müsabiqənin qalibi, habelə müxtəlif nominasiyalar üzrə qaliblər Bakıda 16 fevral tarixində keçiriləcək təntənəli mərasimdə elan ediləcək.


EY Azərbaycan şirkəti böyük məmnuniyyətlə bu ilki “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparan 13 sahibkarın adlarını açıqlayır:


Afa Həsənova – IRES


Baba Ağayev – Pickvisa


Elçin Babayev – Bakı Tekstil Fabriki


Elqar Bağırov – Times Consulting


Fuad Seyidəliyev – Savalan ASPI Winery


İlham Hacıyev – Lignum Logistic


Nahid Cabbarov – Crispa Snacks


Nəzrin Sadıxova – Spektr Medical Group


Rafiq Hunaltay – Facemark


Ramil Rzayev – Baku Holiday Travel


Rübabə Mürşüdova – Qranit QP


Seymur Məmmədov – Simbrella


Zaur Darabzadə - CinemaPlus


Qeyd edək ki, EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.