"Atena Group" şirkəti Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) fonduna 100 000 TL (türk lirəsi) ianə edib.
Facemark.az xəbər verir ki. bu barədə məlumatı şirkət yayıb.
Məlumatda qeyd olunub:
"Atena Group" rəhbərliyi və bütün əməkdaşları adından Kahramanmaraş və digər şəhərlərdə baş vermiş faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Dualarımızla hər zaman sizinləyik. Başın sağ olsun, Türkiyə!".
Qeyd edək ki, qardaş Türkiyəyə humanitar yardımlar davam etdirilir.