Noyabrın sonlarında Bakıda tort sevənlərin sevimlisi “Çudo Peçka” mağaza-kafelər şəbəkəsinin loqosu ilə yeni avtomobillər görünməyə başlayıb. Şirkət qənnadı və digər un məmulatlarının daşınması üçün 10 ədəd müasir avtomobil alıb.



“Biz 2011-ci ildən başladığımız “Çudo Peçka”nın reystalinqi və konsepsiyasının dəyişdirilməsi proqramımızı aktiv şəkildə davam etdiririk” deyə şirkətin rəhbəri Xəyal Abdinov bildirib: “Hazırkı etapda avtoparkımızı yeniləyirik. Aldığımız yeni avtomobillər qida məhsullarının daşınmasında sanitar tələblərə cavab verir”.
 


 


Maşınların yük daşınma bölməsi iki hissədən ibarətdir. Bir hissə un məmulatlarının daşınması üçün nəzərdə tutulub, ikinci hissə isə kondisionerlə təchiz olunub ki, burada qənnadı məhsullarının daşınması üçün zəruri olan temperaturu tənzimləmək olur və tort kimi məhsullar mağazalara daşınma müddətində keyfiyyəti qorunur.
 


 


Yeni avtomobillərin alınması “Çudo Peçka” şirkətinin modernləşmə layihəsi istiqamətində növbəti addımdır.