Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qardaş Türkiyəyə humanitar yardım göndərib.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Nazirliyin rəsmi səhifəsində qeyd edilib.
Qardaş Türkiyədə baş vermiş zəlzələnin ağır nəticələri hamımızı dərindən kədərləndirib və sarsıdıb. Bu ağır günlərdə türk bacı və qardaşlarımızın dərdini və çətinliyini bölüşmək üçün Azərbaycanda hər bir kəs yardıma can atır, əlindən gələni etməyə çalışır.Öz növbəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də faciədən zərər çəkmiş türk bacı və qardaşlarımız üçün humanitar yardım göndərib.
Qeyd edək ki, Türkiyəyə göndərilən yardımlar davam etdirilir.