5 dekabrda “İlin şirkəti” Milli Mükafatının təqdimetmə mərasimi Jumeirah Bilgah Beach Hotel-də keçirildi. Bu il ölkə biznesinin və iqtisadiyyatının müxtəlif sahələrində çalışan 26 şirkət mükafatın laureatı oldu. Onlar arasında artıq özlərini təsdiq etmiş maliyyə institutları, milli korporasiyalarla yanaşı, bazarda bu il yaranmış yeni oyunçular da yer aldı. Mükafata layiq görülən bütün şirkətlər fərqli olmalarına baxmayaraq yüksək rentabelli, bazarda sabit mövqeyə malik və intensiv inkişaf edən, maliyyə şəffaflığı və informasiya açıqlığı üzrə beynəlxalq standartları tətbiq edənlərdir.
“İlin şirkəti” – şirkətləri ümumilikdə onların fəaliyyəti ərzində qazandığı uğurlara görə deyil, son ildə əldə etdiyi nailiyyətlərə görə qiymətləndirən unikal alətdir. “Biz qaliblərin müəyyən olunmasının seçimi qaydalarına sadiq qalırıq. Təqdimetmə mərasimində çıxış edən mükafatın təşkilat komitəsinin rəhbəri İbrahim Baharov qeyd etdi ki, mükafata layiq görülən şirkətlər öz sahələrinin flaqmanları olmaqla yanaşı, xeyli inkişaf edərək digər şirkətlərə nümunə göstəriblər."
Nominantların siyahısı ölkənin qeyri-neft sektorunun xeyli inkişaf etdiyini göstərdi ki, bu da Azərbaycanın iqtisadi inkişafının düzgün və balanslı şəkildə həyata keçirilməsinə növbəti sübutdur”.
Xatırladaq ki, "İlin şirkəti" mükafatı 2000-ci ildə nüfuzlu işgüzar jurnal olan Consulting&Business tərəfindən təsis edilib və hər ilin sonunda təqdim olunur.