Rabitəbank qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkmişlərə humanitar yardım məqsədilə 1.100.000 TL ianə edib.


Facemark.az xəbər verir ki, qeyd edilən vəsait Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.


“Rabitəbank ailəsi adından son illərin ən dəhşətli faciəsini yaşayan qardaş Türkiyə xalqına başsağlığı verir, yaralılara Allahdan şəfa diləyir, hər zaman yanlarında olacağımızı bildirmək istəyirik” - deyə bank tərəfindən bildirilib.


Qeyd edək ki, bir müddət öncə Rabitəbank mobil tətbiqi “Rabita Mobile” üzərindən Türkiyəyə yardım məqsədi ilə edilən ianələrdən də köçürmə zamanı heç bir komissiya tutulmayacağını açıqlamışdı.