Azərbaycan nümayəndə heyətinin tərkibində Macarıstanda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin İxracın Təşviqi Agentliyinin (HEPA) baş direktorunun müavini Qabor Jenei ilə görüşüb.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında qeyd edib.
Görüşdə Azərbaycan və Macarıstan biznes dairələrinin, xüsusilə də KOB-ların əlaqələndirilməsi tədbirlərinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2019-cu ildə KOBİA ilə HEPA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.