Macarıstana səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin Ticarət və Sənaye Palatasında görüş keçirib.
Facemark.az xəbər verir ki. bu barədə məlumatı KOBİA öz rəsmi saytında qeyd edib.
Görüşdə ticarət əməliyyatları zamanı iş adamlarına dəstək göstərmək üçün KOBİA ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.