Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avstriyanın “Josef Manner & Comp AG” şirkətinin İdarə Heyətinin üzvü Hans Peter Andres ilə görüşüb.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) öz rəsmi saytında qeyd edib.


Görüşdə Agentliyin KOB-lara dəstək və xidmətləri barədə məlumat verilib, şirkətin yerli istehsalçılarla əlaqələndirilməsinə və birgə əməkdaşlığa KOBİA-nın göstərə biləcəyi dəstək müzakirə edilib.