İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli 24 fevral 2023-cü il tarixində Ağcabədi rayonunda (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 213A, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binası) Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi öz rəsmi səhifəsində bildirib.
Vətəndaşların qəbulu saat 11:00-dən etibarən keçiriləcək.
Qəbula gəlmək istəyən Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin "195-1" Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsindəki "Müraciətlər/vətəndaşların qəbulu/qəbula yazılın" bölməsində qeydiyyatdan keçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.