Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Facemark.az xəbər verir ki, bu barədə məlumat Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi səhifəsində qeyd olunub.


Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin direktorunun müavini Muxtor Şonazarov imzalayıblar.
Memorandumda kiçik və orta biznes, qadın sahibkarlığı, dövlət-özəl tərəfdaşlığı, sahibkarlığın təşviqi və biznes subyektlərinin qanuni mənafelərinin müdafiəsi istiqamətlərində məlumat və təcrübə mübadiləsi, birgə təlim, seminar və konfransların təşkili və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur.