Azərbaycan istehlakçılarının gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” yerli bazar üçün tam yeni bir məhsulunu təqdim edir. Bundan belə, yaşı 20-dən az olmayan hər bir şəxs “Səbət” marketlərində 20 manat məbləğində alış-veriş edib müvafiq qəbz ilə və yaxud cəmi 1 manat ödəməklə “Box’ça” adlı xüsusi qutu ala biləcək. “Box’ça” layihəsi əsasında əldə edilən xüsusi qutularda aktiv olmayan Bolkart hissə-hissə ödəniş kartı və ya pul krediti kartları, kartların aktivləşdirilmə şərtləri və aktivləşdirmək üçün ünvanlar yer alacaq.
“Box’ça”-nı təqdim edən şəxs nağd pul kreditinə - 2 %-lik endirim əldə edir.
Ödəniş etməklə “Box’ça”nı əldə etmiş şəxslər kartları aktivləşdirmək üçün onlara təqdim edilmiş siyahıda göstərilən bankın filiallarına, digər kredit təhlil məntəqələrinə, o cümlədən Səbət marketlərdəki bankın xüsusi kredit ekspertlərinə müraciət etməlidirlər. Kartların aktivləşdirilməsi üçün tələb olunan sənəd yalnız şəxsiyyət vəsiqəsidir.
Xatırladaq ki, “Box’ça” layihəsi çərçivəsində ayrılan Bolkart ilə Səbət marketlərində, eyni zamanda şəhərimizin tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran və digər ticarət obyektlərində alış-veriş etmək mümkündür. Bu kartla alış-veriş edib, haqqını 1, 3, 6 və ya 12 ay müddətinə bərabər hissələrlə banka ödəmək mümkündür. Artıq 40 000-dən artıq vətəndaş gündəlik ehtiyaclarını ödəmək üçün Bolkartdan istifadə edir.
“Box’ça” layihəsi əsasında əldə olunan pul krediti kartı 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 manatlıq kredit məbləğidir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə pul kredit kartı əldə edə bilər.
Qeyd. Müştəriyə kredit düşməyəcəyi halda ödədiyi 1 manat ona Səbət market tərəfindən geri qaytarılacaq.
“Box’ça”-dakı kartları Bakı, Sumqayıt və Abşerondakı 40-dan çox məntəqədə və “Bank of Baku” filiallarında aktivləşdirmək mümkündür.
“Bank of Baku”-nun yeni məhsulu ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.