Azərbaycan və Tacikistan mərkəzi bankları əməkdaşlığını genişləndirir.
Facemark.az "Report.az"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.
"Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşdük. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərini müzakirə etdik. Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi apardıq”, - T. Kazımov qeyd edib.