Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində sahibkarlarla görüş keçirilib.


Facemark.az xəbər verir ki bu barədə məlumat KOBİA-nın rəsmi saytında qeyd olunub.


Görüşdə 40-a yaxın sahibkarlıq subyekti, Dövlət Vergi Xidmətinin və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.


Tədbirdə sahibkarlar Vergi Məcəlləsində edilmiş son dəyişikliklər barədə məlumatlandırılıb, vergi bəyannamələri ilə bağlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.


Eyni zamanda görüşdə sahibkarlara KOBİA-nın struktur bölmələri tərəfindən vergi sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri, o cümlədən vergi ilə bağlı məsləhət xidməti və təlimlər, KOB maraqlarının müdafiəsi barədə məlumat verilib.