“Elə rəsm əsərlərimiz var ki, onları dünyaya çatdırmaq lazımdır. Elə əsərlər də var ki, öz fondumuzda saxlanılmalıdır”.
Facemark.az "Oxu.az"a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Azərbaycanın məşhur rəssamlarının əsərlərinin xaricdə satılması ilə bağlı məsələyə toxunan Mədəniyyət Nazirliyi Aparatının Hüquq şöbəsinin baş məsləhətçisi Ülviyyə Fərəcova deyib.
Ülviyyə Fərəcova bildirib ki, rəsm əsərlərinin təqlidi çox böyük vüsət tapıb:
“Bilinmir ki, əsərin əslidir, ya surəti. Bu zaman milli təhlükəsizlik problemi yaşayırıq. Düşünürəm ki, ölkəmizə, xalqımıza məxsus olan əsərlərə daha çox diqqət edilməli və özümüzdə qalmalıdır”.