Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Qadın böyük qüvvədir” adlı kampaniya həyata keçirir

Facemark.az "Report.az"a istinadən xəbər verir. "Avropa İttifaqının dəyərlərindən biri olan gender bərabərliyi məsələsi Azərbaycan ilə münasibətlərdə gündəmdə duran mövzulardan biridir".


“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “Qadın böyük qüvvədir” adlı kampaniyanın açılışında deyib.


Səfir qeyd edib ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş kampaniya çərçivəsində Aİ Nümayəndəliyi Azərbaycanda uğur qazanmış qadınların hekayələrini bölüşəcək.


"Aİ-nin Azərbaycandakı Nümayəndəliyi öz dəyərlərini rəhbər tutaraq bu kampaniyaya 20-yə yaxın qadını cəlb edib. Məqsədimiz insanların müxtəlif sahələri təmsil edən güclü və uğurlu qadınlar haqqında daha çox məlumat əldə etməsidir", - Mixalko bildirib.


Aİ səfiri qadınların və qızların davamlı inkişafın aparıcı qüvvəsi olduğunu, gender bərabərliyi təmin edilməsi, həmçinin qadınların hüquq və imkanlarının genişləndirilməsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil edildiyini vurğulayıb.


Qeyd edək ki, “Qadın böyük qüvvədir” kampaniyası mart ayı ərzində davam edəcək.