Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə Missiya Direktoru Maykl Nirbas arasında görüş keçirilib.


Facemark.az xəbər verir ki, bu barədə məlumat KOBİA-nın rəsmi saytında qeyd olunub.


KOBİA və USAID-ın təşkilatçılığı ilə keçirilmiş “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans çərçivəsində təşkil olunmuş görüşdə əməkdaşlıq imkanları və KOB sahəsində potensial təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.