Dövlət Məşğulluq Agentliyi auditor seçir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2022-ci il üzrə üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Facemark.az "Report.az"a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri martın 31-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 10-u, saat 15:00-a qədər agentliyin Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 11-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.