Azərbaycanda "Amazon" və "Ebay"la bağlı e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayır


Facemark.az "Apa.az"a istinadən xəbər verir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağı (DTH) və Azexport portalının tərəfdaşı EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq.


Layihənin reallaşdırılmasında əsas məqsəd bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlarda dəstək olmaqdır.


2023-cü ilin mart, aprel və may aylarını əhatə edən layihədə iştirak Azərbaycan bizneslərinə beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, logistik imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərə həll yollarını tapmaq imkanı yaradacaq.


Qeyd edk ki, layihə Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com, Zalando, Kaufland, Pigu.It kimi bazarları əhatə edəcək.