Azərbaycanın mobil operatoru Nar Mobile danışma və eşitmə bacarıqları məhdud olan insanları dəstəkləmək məqsədi ilə “Eşitməmək – düşünməmək deyil” adlı yeni sosial kampaniyaya start verib. Yeni əlavə bu kampaniya çərçivəsində hazırlanıb. Əlavə Facebook əlavələri və oyunları üzrə ixtisaslaşmış rəqəmsal agentlik olan Prosper rəqəmsal agentliyi tərəfindən hazırlanıb. Qeyd edək ki, bundan əvvəl sosial şəbəkə istifadəçilərinin, “Eşitməmək – düşünməmək deyil” kampaniyası çərçivəsində hazırlanmış video-çarxlara baxmaq imkanı verən “Bizi eşidin” əlavəsi istifadəyə verilmişdi.
Ümumi kampaniya Prosper tərəfindən hazırlanmış və həyata keçirilmişdir. Yeni əlavədə Nar Mobile şirkətində işləyən danışma və eşitmə bacarıqları məhdud olan 12 işçinin hekayələri toplanmışdır. Toplanmış hekayələrdə onların həyatı, məşğuliyyətləri, həmçinin ailələri haqqında danışılır. Bu əlavənin hazırlanmasında məqsəd cəmiyyətə bu insanların həqiqi və bizim həyatdan fərqlənməyən həyatını göstərmək və insanın eşitmə və danışma bacarıqlarının məhdud olması onun yararsız olması stereotipini qaldırmağdır.