Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş etdirilib.


Facemark.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyinin rəsmi saytında qeyd olunub.


2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və Ümummilli Liderin zəngin və çoxşaxəli irsinin qorunub-saxlanılması üçün silsilə tədbirlər keçirilir.


Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsi və təbliği məqsədilə İqtisadiyyat Nazirliyində Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı tərəfindən “Qurtuluş” tamaşası nümayiş etdirilib. Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tamaşada Heydər Əliyevin bədii obrazı canlandırılıb, onun həyatı və siyasi fəaliyyəti ilə bağlı bir sıra məqamlar səhnələşdirilib.


Tamaşa İqtisadiyyat Nazirliyinin kollektivi tərəfindən maraqla qarşılanıb.