Karnaval 14-15-16 Aprel tarixlərində Baku Marriott Hotel Boulevard-da keçiriləcək.
Facemark.az xəbər verir ki, karnaval boyunca siz tərs duruşları səylə yerinə yetirməyə imkan verəcək texnikaları öyrənəcəksiniz, eyni zamanda Yoqa Sutralarının işığı ilə zehnin modifikasiyalarını kəşf edəcəksiniz.
3 günlük keçiriləcək olan Yoqa Karnavalında sizləri: gündə iki dəfə(səhər və axşam saatlarında) Çetin bəylə yoqa dərsləri, ara saatlarda sürpriz isimlərlə meditasiya və yoqa fəaliyyətləri, Sattvic şam yeməyi, sağlam qəlyanaltılar, coffee break və səmimi bir mühit gözləyir.
Yoqa təlimçisi hər kəs tərəfindən sevilən Çetin Çetintaşdır
Qeyd edək ki, tədbirin sonuncu günü çox sevəcəyiniz müsiqili sürpriz bir qonaq da olacaq.
Bilet əldə etmək üçün linkə daxil ola bilərsiniz.