2023-cü ilin yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,5% artaraq 10,2 milyard manat təşkil edib.
Facemark.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilən xidmətlərin dəyəri 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 4,2% artaraq 9,8 milyard manata bərabər olub, onun 46,4%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.