Brand Finance Restaurants 25-2023 nəticələrinə görə, Starbucks dünyanın ən dəyərli restoran brendi adını qoruyub saxlayır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Beynəlxalq marka qiymətləndirmə təşkilatı Brand Finance-nin hər il dünyanın 25 ən dəyərli və ən güclü restoran brendini siyahıya aldığı Restoranlar 25 araşdırmasının 2023-cü il versiyası açıqlanıb.
Restoranlar 25-2023 nəticələrinə görə, Starbucks son bir ildə yüzdə 17 artımla 53,4 milyard dollar marka dəyəri ilə reytinqdə liderliyini qoruyub. Araşdırmada ard-arda yeddinci dəfə birinci olan ABŞ qəhvə zənciri, ikinci yerdə McDonald's olub. McDonald's brendinin dəyəri 7 faiz azalaraq 36,9 milyard dollar olub.
KFC 17,7 milyard dollarlıq brend dəyəri ilə üçüncü, Domino's 7,4 milyard dollarlıq brend dəyəri ilə dördüncü, Subway isə 7,1 milyard dollarlıq brend dəyəri ilə beşinci yerdə qərarlaşıb. İlk 10-luğa daxil olan digər brendlər müvafiq olaraq Taco Bell, Tim Hortons, Wendy's, Burger King və Pizza Hut olub. 25 markanın daxil olduğu araşdırmaya ABŞ-dan 21, Kanada, Çin, Filippin və Böyük Britaniyadan bir marka daxil edilib.
Böyük Britaniyadan olan Greggs ən güclü restoran brendi olub, ikinci yerdə Chick-fil-A, üçüncü yerdə Olive Garden, dördüncü yerdə Costa Coffee və beşinci yerdə Çin HaiDiLao olub.
Qeyd edək ki, dünyanın ən dəyərli restoran markası olan Starbucks, davamlılıq anlayışının ən yüksək olduğu restoran markası oldu. Davamlılıq qavrayış balına görə, McDonald's ikinci, KFC üçüncü, Subway dördüncü və Tim Hortons beşinci yerdədir.