Son illərdə bir çox markanın simvolik loqolarını yenilədiyini görürük.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, brend ötən illərdə istifadə edilən loqoları xatırladan yenilənmiş retro görünüşü ilə rəflərdə yerini alacaq.
Brendin son 15 ildə istifadə etdiyi loqoda qırmızı, ağ və mavi rənglərlə emblemin yanında və ya altında kiçik hərflərlə “Pepsi” adı yerləşdirilib. Yeni dizaynla şirkətin adı qara rəng alıb və emblemin içərisinə böyük hərflərlə yerləşdirilib.
Pepsi CMO Todd Kapplan deyir ki, köhnə kiçik hərflə yazılmış loqo şirkətin "cəsarətli və inamlı" atmosferini əks etdirmir, daha kəskin, böyük hərflə yazılmış loqo bunu edəcək.