Macarıstanın “Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihə həyata keçirəcək.


Facemark.az "Report.az"a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.


Bununla bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcək.


İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsi ölkələr arasında biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır.