London Olimpiya Oyunları, Microsoft, HP, Novartis, SAP və Yahoo!-dan olan Marketinq Direktorlar “The Marketing Kingdom Baku” tədbirində iştirak edəcək spikerlərdən yalnız bəziləridir.


Tədbir Azərbaycanın ən nüfuzlu şirkətləri tərəfindən dəstəklənir: Ölkənin aparıcı GSM operatoru Azercell Telekom tədbirin Platin Sponsoru, Paşa Bank Qızıl Sponsoru, Hesab.az Gümüş Sponsoru Bruketa & Zinic Baku tövsiyə olunan Reklam Agentliyidir.


2013-cü ilin aprel ayının 4-5-də baş tutacaq olan “The Marketing Kingdom Baku” sosial media, istehlakçı marketinqi, rəqəmsal marketinq və reklam daxil olmaqla qlobal marketinq dünyasının ən son tendensiyalarını araşdıracaq.


Gələn ilin ən çox gözlənilən biznes tədbiri Greg Nugent, London Olimpiya Oyunlarının Marketinq Direktorunun təqdimatı ilə başlayır. İştirak edənlər daha sonra LEGO tərəfindən tərəfdarlarla qarşılıqlı əlaqə, HP tərəfindən istehlakçı marketinqi, SAP tərəfindən öz müştəriləriniz ilə danışmaq, Microsoft tərəfindən maksimum gəlir üçün marketinq və PR necə bir yerdə işləyə bilər və Novartis tərəfindən rəqəmsal marketinq ilə bağlı innovativ təqdimatları dinləyə biləcəklər. “The Marketing Kingdom Baku”-da həmçinin Marvin Liao, Yahoo!-nun keçmiş Kommersiya Direktoru tərəfindən ən son reklam tendensiyaları üzrə seminar olacaq.


Kosta Petrov, P World şirkətinin qlobal Baş İcraçı Direktoru deyir: “Biz çox şadıq ki, Avropanın ən böyük marketinq tədbiri nəhayət Azərbaycana gəlir və biz bütün marketinq ictimaiyyəti tərəfindən aldığımız müsbət reaksiyadan həqiqətən məmnunuq. Bakıda iş dünyasının indyə qədər heç vaxt şahid olmadığı ən yaxşı tədbiri təşkil etməyə çalışırıq.”


Tədbirin tərəfdarları və media partnyorları: Trend.az, Zerkalo, BOUTIQUE jurnalı, mak.az, biznesinfo.az, Facemark.az, Azərbaycan Marketinq Cəmiyyəti, jobs.day.az, AIESEC Azərbaycan, marketer.ge qurumlarıdır.

“The Marketing Kingdom” mərkəzi Dubayda yerləşən “P World” şirkəti tərəfindən müxtəlif ölkələrdə təşkil olunub. 2012-ci ildə Zaqreb, Belqrad, Sarayevo və Tbilisidə “the Marketing Kingdom” tədbirində 1800-dən çox nümayəndə iştirak etmişdir. Bu tədbir ilk dəfədir ki Azərbaycanda təşkil olunur.

Qeydiyyat haqqında daha ətraflı məlumat üçün zəhmət olmasa tədbirin rəsmi saytına daxil olun: http://www.thepworld.com/pevents/event/43/marketing-kingdom-baku