Cari ilin aprelin 1-nə Azərbaycanda pul bazası 17 milyard 688,9 milyon manat təşkil edib.


Facemark.az "Report.az"a istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 2,6 % çoxdur.


Qeyd edək ki, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,3 %, son 1 ildə isə 23,2 % artıb.