Fransanın tanınmış “Citroen” avtomobilləri artıq Azərbaycana gəlir. “Citroen” – isti münasibətlər, kreativ baxış deməkdir. “Citroen” avtomobillərini Azərbaycana gətirən isə, onun ölkəmizdəki yeganə rəsmi nümayəndəsi “Baku Motors” şirkətidir. Bu münasibətlə “Baku Motors” Bakının “SABA Cars” avtosalonunda geniş bir tədbir təşkil edib.


Milli musiqilərimizlə, rəqslərimizlə bəzədilən tədbirin aparıcısı isə tanınmış teleaparacı Nərgiz Cəlilova idi. N. Cəlilova “Citroen” avtomobillərinin tarixindən, yeni modellərindən danışıraq bildirib ki, “Citroen” avtomobillərinin Fransada avtomobil sənayesində özünəməxsus yeri var. Bu gün hətta Fransa prezidenti və bütövlükdə Fransa hökumətinin rəsmiləri ancaq və ancaq “Citroen” maşınlarından istifadə edir.“Citroen”in MDB ölkələri üzrə rəsmi nüməyəndəsi Pyer de Labren çıxış edərək bildirib ki, “Citroen” hər kəsin tanıdığı və sevdiyi bir avtomobil markasıdır. O, burada olmasında olduqca məmnun olduğunu bildirib: “Bu gün “Citroen”in bayramıdır. Biz Azərbaycanda hansı şirkətlə iş quracağımızı, kiminlə rəsmi tərəfdaş olacağımız barədə çox fikirləşmişik. Əslində, seçimimiz də çox çətin idi. Amma sonda biz “Baku Motors” şirkətini seçdik. Bütün fikirlərimizi bu şirkətə cəmləşdirdik və onların etibarını qazandıq”.


 


P. De Labren bildirib ki, gələn həftədən “Saba Cars” avtosalonunda alıcılar “Citroen” avtomobillərinin yeni və bütün əvvəlki modellərini ala biləcəklər: “Bundan başqa, biz Bakıda “Citroen” avtomobillərinin servisini də açmışıq ki, bu servis bütün “Citroen” sahiblərinin köməyinə çatacaq. “Citroen” qədim markadır və bu markanın artıq Azərbaycanda da rəsmi nümayəndəliyinin olması bizi çox sevindirir. Amma Azərbaycanda biz “Citroen” avtomobillərinin ən yeni və eksklüziv modellərini alıcılarımıza təqdim edəcəyik”.


 


Fransa avtomobil şirkətinin nümayəndəsi həmçinin qeyd etdi ki, şirkət bu il avtomobilsevərlərə daha 2 “Citroen” sedan modelini təqdim edəcək: “İnanıram ki, onlar da “Citroen” sevərlərin ürəyincə olacaq.


Daha sonra “Baku Motors” şirkətinin rəhbəri Dəmir Abdullayevin adından çıxış edən şirkət nümayəndəsi Nərgiz Babayeva bildirdi ki, texnikanın inkişafı ilə daha qabaqcıl, komfortlu və təhlükəsiz avtomobillər baxımından, “Citroen” markasının Azərbaycanda açılışı avtomobil bazarında öz kreativ texnologiyası ilə yenilik gətirəcək: “Ümidvaram ki, “Citroen” öz modelləri ilə lüks avtomobillər tarixində analoji rol oynayacaq və bundan sonra görülən layihələrin uğuruna imza atacaq.


 


Tədbir boyu “Citroen” avtomobillərinin tarixi və yeni modelləri barədə vodeoçarxlar nümayiş olunub, avtomobilin modelləri barədə ətraflı məlumat verilib. Sonda ilk dəfə olaraq Azərbaycanda “Citroen DS5” yeni modelinin təqdimatı keçirilib. 


Elə bu “Citroen DS5”avtomobil modelinin sükan arxasına ilk oturan da aparıcı Nərgiz Cəlilova oldu. Təqdimatdan sonra isə ənənəyə uyğun olaraq tort kəsildi. Qeyd edək ki, 2013-cü bütün dünyada “Citroen” ili elan olunub.