Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 milyard 292,563 milyon manat təşkil edib.


Facemark.az "Repot.az"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35,4 % azdır.


Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,4 % azalaraq 2 681 olub.