Yeni il ilə əlaqədar “Bank of Baku” Bolkart istifadəçiləri üçün nağd pul kampaniyasına start verir. 17 dekabr 2012 –3 yanvar 2013 tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri fevralın 10-dək FAİZSİZ ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı isə 2,5 %-dir. Beləliklə, indi hər Bolkart sahibi Yeni il planları üçün nağd pul imkanı əldə edir.
Bolkart ötən ilin sonu “Bank of Baku” tərəfindən dövriyyəyə buraxılıb. Alınan malın dəyərini aylara bölüb ödəməyə imkan verən Bolkartı qısa müddət ərzində artıq 40 000-dən çox şəxs əldə edib və bu rəqəm sürətlə artır. Bu gün Bolkartla ölkəmizin 400-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.
Bolkart - tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. Bolkart-dan “Bank of Baku” ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də “Bank of Baku”-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.