2023-cü ilin yanvar-mart ayı üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Facemark.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, 2 milyard 410 milyon 557 min manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 1-ci, 1 milyard 247 milyon 169 min manat dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC 2-ci, 871 milyon 371 min manat dövriyyə ilə "Unicapital İnvestisiya Şirkəti" ASC 3-cü olub.