Azərkosmosun nizamnamə fondunun məbləği artırılıb.
Facemark.az "Apa.az"a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.Qərara əsasən, Agentliyin nizamnamə fondunun məbləği 295 605 880 manat olacaq.
Qeyd edək ki, indiyə qədər Agentliyin nizamnamə fondunun məbləği 272 605 880 manat olub.