LG Electronics (LG) öz loqosunu yeniləyib, şirkətin saytında bildirilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni şirkət simvolu başını tərpədə, gülümsəyə və fırlana bilir.
“Rəqəmsal məkanda şirkətin simvolu canlanacaq, yeni ifadəlilik səviyyəsi ilə istifadəçiləri cəlb edəcək. “L” və “G” hərflərindən ibarət olan brend simvolu səkkiz unikal hərəkəti yerinə yetirə bilir, o cümlədən baş əymək, fırlatmaq və göz qırpmaq. Onlarla o, müştəriləri mehriban təbəssümlə qarşılaya bilər və ya rəqəmsal platformalarda fon musiqisinin ritminə keçə bilər”, - deyə şirkətin açıqlamasında bildirilir.
LG Electronics iddia edir ki, yeni loqo dizaynı Life's Good şüarının dəyərini ən tam şəkildə ortaya qoyacaq və ona "daha dinamik və gənc imic" verəcək. Şirkət bu şüardan əvvəlkindən daha çox istifadə etməyi planlaşdırır.
Hərəkətli loqo şirkətin rəqəmsal məhsullarında istifadə ediləcək. Rebrendinq sayəsində istehsalçı daha çox insan kütləsini maraqlandırmaq niyyətindədir.
Qeyd edək ki, sonuncu dəfə şirkət loqosunu 2014-cü ildə dəyişib.