Azərbaycanda ən sürətli mobil interneti təqdim edən Azercell şirkəti 17 dekabr 2012-ci il tarixindən etibarən bütün abunəçiləri üçün Limitsiz İnternet paketlərini istifadəyə verib. Artıq Fakturalı və Fakturasız Xətt abunəçiləri “1 saat”, “3 saat” “Həftəsonu” tarif paketlərindən yararlana bilərlər. Adlarından göründüyü kimi, bu tarifləri sifariş etməklə 1 saat, 3 saat, həmçinin şənbə və bazar günləri internetdən limitsiz istifadə etmək mümkündür.

İstənilən Limitsiz İnternet paketini sifariş etmək üçün açar sözünü 2525 qısa nömrəsinə göndərmək lazımdır. Əgər “Həftəsonu” paketi üçün sifariş həftə arası (Bazar ertəsi – Cümə günləri) göndərilibsə, onda limitsiz trafik həmin həftənin Şənbə günü saat 00:00-dan Bazar günü saat 23:59:59-a qədər istifadə oluna bilər. Əgər sorğu Şənbə-Bazar günlərində göndərilibsə, onda limitsiz internet paketi həmin həftənin Bazar günü saat 23:59:59-a qədər istifadə edilə bilər.
 


“Həftəsonu” Limitsiz İnternet paketinin qiyməti 2.4 AZN təşkil edir. “1 saat” paketinin qiyməti 0.4 AZN, “3 saat” isə 1 AZN-dir. Fakturasız xətt abunəçilərinin qiymətinə ƏDV daxildir.


Təqdim olunan limitsiz tarif paketlərində sürətə məhdudiyyət qoyulmamışdır. Yalnız “Həftə sonu” limitsiz tarif paketində internetin sürəti 512 kbps müəyyən edilmişdir. “1 saat” və “3 saat” paketlərinin istifadə müddəti sona çatanda, növbəti 15 dəqiqə ərzində abunəçiləri İnternetinin maksimal sürəti 64 Kbps-ə qədər məhdudlaşdırılır və qeyd edilən 15 dəqiqə ərzində yaranan trafikə görə ödəniş tutulmur. Abunəçilərin nömrəsində eyni zamanda “1 saat” və ya “3 saat” tarif paketlərindən yalnız biri mövcud ola bilər.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz