“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclasında 2022-ci il üzrə Fəaliyyət Planının icrasına və qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaq.


Facemark.az xəbər verir ki, bu barədə məlumat KOBİA-nın rəsmi saytında qeyd olunub. Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun 17 aprel 2023-cü il tarixində saat 15:00-da növbəti iclasının keçirilməsi nəzərdə tutulur.


Onlayn formatda keçiriləcək iclasda İşçi Qrupunun 2022-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrasına və qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaq.


İclasda İşçi Qrupa üzv olan dövlət orqanlarının, eləcə də özəl və beynəlxalq şirkətlərin məsul şəxsləri iştirak edəcəkdir.