Azərbaycanda ümumdaxili məhsul 0,4% artıb.


Cari ilin yanvar-mart aylarında Azərbaycanda 30 310,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.


Facemark.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 % artıb.


ÜDM istehsalının 47,5 %-i sənaye, 9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 5 %-i tikinti, 2,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 %-i informasiya və rabitə sahələrinin, 17,6 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 %-ini təşkil edib.


İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə dəyişməyək 2 991 manat qalıb.