Cari ilin yanvar-mart aylarında Azərbaycan 179 401,11 min ABŞ dolları dəyərində 300 328,53 ton neft məhsulları ixrac edib.
Facemark.az "İqtisadiyyat.az" hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 97%, həcmi isə 89,2% artıb.
Qeyd edək ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.