Bu ilin birinci rübündə dövlət büdcəsinin neft sektoru üzrə daxilolmaları 3860,0 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 417,4 milyon manat və ya 9,8 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 1244,0 milyon manat az vəsait daxil olub), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 545,5 milyon manat və ya 16,5 faiz çoxdur.
Facemark.az "APA-Economics"ə istinadən xəbər verir.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmaların 59,2 faizi və ya 2284,0 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 faizi və ya 1576,0 milyon manatı Azərbaycan Dövlət Neft Fondundan transfert təşkil edir. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7 faizi və 1545,7 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 22,5 faizi və ya 513,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8 faizi və ya 225,2 milyon manatı ABƏŞ-in mənfəət vergisi təşkil edir.