2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq malları üzrə 12 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,6 faiz artıb.


Facemark.az "Marja.az"a istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 854,5 manat təşkil edib.


2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 15,2 faiz artaraq 18,5 milyard manat olmuşdur.