Yeni il alış-verişlərində nağdsız ödəmələri təşviq etmək məqsədi ilə “Bank of Baku” ölkəmizin ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkart sahiblərini mükafatlandırmağa başlayır. Mükafatlandırma çərçivəsində ən fəal Bolkart sahibləri maddi mükafatlar əldə edəcək.


Birinci mükafat növü Bolkartın keçərli olduğu ticarət obyektlərində ən çox alış-veriş etmiş şəxslərə çatacaq.Beləliklə, gün ərzində bir neçə fərqli mağazada alış-veriş etmiş şəxs günün qalibi olmaq şansını artırmış olur. Bir ticarət nişanına aid mağazalar şəbəkəsində alış-veriş isə bir ədəd alış-veriş sayılır.


İkinci mükafat növünü isə ən çox məbləğdə alış-veriş etmiş şəxslər alacaq.


Ümumilikdə 21-28 dekabr tarixləri arasında hər gün iki nəfər, cəmi isə 16 nəfər mükafatlandırılacaq. Hər qalib 200 manatla mükafatlandırılacaq.


Mükafatlandırma çərçivəsində qaliblərin adları, qalib gəldiyi növ və  göstəriciləri KİV-lərdə elan ediləcək. Nəticəsinin elan edilməsini arzu etməyən şəxslər qalib elan edilməyəcək və mükafat növbəti yeri tutmuş şəxslərə veriləcək.


Əgər mağaza sayı üzrə nominant bir neçə şəxs olarsa, bu halda ən çox məbləğdə alış-veriş etmiş şəxs qalib elan edilir. Əgər həm say, həm də məbləğ bir neçə şəxsdə eyni olarsa bu halda mükafat bərabər bölünəcək.


 


Məbləğ növü üzrə eyni miqdarda alış-veriş etmiş liderlərin sayı bir neçə olarsa  bu halda  mükafat bərabər hissələrlə bölünür. Mükafatlandırma kampaniyasına nağdlaşdırma üzrə əməliyyatlar daxil deyil.


Bolkart ötən ilin sonu “Bank of Baku” tərəfindən dövriyyəyə buraxılıb. Alınan malın dəyərini aylara bölüb  ödəməyə imkan verən Bolkartı  qısa müddət ərzində  artıq 40 000-dən çox şəxs əldə edib və bu rəqəm sürətlə artır. Bu gün Bolkartla ölkəmizin 500- ə yaxın dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.Bolkart - tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. Bolkart-dan “Bank of Baku” ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.


 


Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.