Dekabrın 20-də "Ailə TV" abonentləri üçün təşkil olunan "Ailəyə qoşul, LCD televizor qazan" stimullaşdırıcı lotereyasının növbəti tirajı keçirilib.


Kabel televiziyası operatoru 10 abunəçisinə 82 diaqonallıq LG markalı LCD televizor hədiyyə edilib. Lotereya verilişlərinin çəkilişindən dərhal sonra Ailə TV-nin əməkdaşları abonentlərin evlərinə gedərək hədiyyələri qaliblərə təqdim ediblər.


Lotereya oyunu zamanı “Ailə TV”-nin rəqəmsal qəbuledicisinin daxilində olan "SMART" kartın unikal nömrəsinin son 5 rəqəmi lotereya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunub. Lotereyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma "CAM Modul" üzərindən qoşulan abunəçilər iştirak ediblər. Tirajda 9000-dən çox lotereya bileti oynanılıb.


Qeyd edək ki, "Ailə TV" artıq dördüncü ildir ki, abonentləri arasında müxtəlif stimullaşdırıcı lotereyalar keçirir. "Ailəyə qoşul, LCD televizor qazan" lotereyası Ailə TV-nin rəqəmsal paketinin bütün abunəçiləri LCD televizor sahibi olana qədər davam edəcək.


Bu ilki lotereya verilişi dekabrın 21-də "Ailə TV Kinozal" telekanalında nümayiş olunacaq.