“CREATE” digital agentliyi “Azercell” şirkəti üçün Yeni ilin gəlişi ilə əlaqədar əyləncəli “Şaxta Baba” facebook tətbiqetməsini təqdim edib.
“Azercell” şirkətinin rəsmi Facebook səhifəsində reallaşacaq bir həftəlik kampaniya müddətində istifadəçilər “Şaxta Baba” tətbiqetməsinə qoşularaq, Yeni ildə dostlarına müxtəlif virtual hədiyyələr göndərməklə, xallar toplayaraq, həftənin sonunda isə dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcək. Həftənin sonunda ən çox xalı toplamış üç qalib aşağıdakı mükafatlara layiq görüləcək:
- 1-ci yer Samsung Galaxy SIII,
- 2-ci yer HTC One S,
- 3-cü yer Google Nexus 7 planşeti
Hədiyyələr bununla məhdudlaşmır, çünki kampaniya iştirakçıları dostlarına “Azercell” hədiyyələri göndərərək öz xallarını artırmaqla yanaşı, onların da hər gün həmin hədiyyələrdən qazanması üçün imkan yaradacaqlar. Belə ki, bir həftəlik kampaniya müddətində hər günün sonunda üç “Azercell” hədiyyəsindən birini ən çox qəbul etmiş şəxs həmin hədiyyənin sahibi olacaq. “Azercell” hədiyyələri 3G MAX USB modem, MiFi və 25 AZN dəyərində ödəmə kartı olacaq.