Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) qrant dəstəyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə birgə tərəfdaşlıqda “Brightminds İnternational” şirkəti tərəfindən icra olunan “Azərbaycanda yaradıcı və sənət məhsullarının, habelə xidmətlərinin satışı, alışı, reklamı və inkişafı üzrə ixtisaslaşmış platforma – ARTSALE (artsale.az) portalının inkişafı” layihəsi uğurla davam edir.




Ötən ilin sonlarından ilkin versiyada fəaliyyətə başlamış və ölkəmizdə çoxfunksiyalı yaradıcı məhsul və xidmətlər platforması olan ARTSALE - https://artsale.az maraq doğurur. Facebook və Instagram sosial şəbəkə hesablarında platformanı izləyənlərin sayı toplam 20 mini ötmüşdür. Həmçinin, sayt üzərindən yaradıcı məhsul və xidmətlərini təqdim edənlərin sayı təxminən 100 aktiv istifadəçi civarındadır ki, onlar tərəfindən toplam 200-ə yaxın paylaşım pulsuz olaraq sayt üzərindən edilmişdir. Ən çox istifadə olunan kateqoriyalar rəsm əsərləri, taxtadan əl işləri, toxunma əl işləri, kalliqrafiya və keramika nümunələri, oyuncaqlar, aksessuarlardır.




Qeyd edək ki, “Azərbaycanda yaradıcı və sənət məhsullarının, habelə xidmətlərinin satışı, alışı, reklamı və inkişafı üzrə ixtisaslaşmış platforma – ARTSALE (artsale.az) portalının inkişafı” layihəsi bu il Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqənin qalibi olmuş 13 uğurlu layihədən biridir.



Dəyərli dostlar,


Hər birinizi ARTSALE (https://artsale.az) platformasından yararlanmağa, yaradıcı məhsul və xidmətlərinizi təqdim etməyə, eləcə də Facebook və Instagram sosial şəbəkə hesablarında platformanı izləməyə və təqdim edilən məhsul və xidmətlərdən faydalanmağa dəvət edirik.


Yaradıcılığa və yaradıcı insanlara dəstək olmaq missiyamıza siz də töhfə verin!