Google əvvəllər yalnız internet brauzerləri vasitəsilə əldə edilən tərcümə funksiyasını mobil cihazlarda Gmail tətbiqinə də əlavə edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Google, daha əvvəl yalnız internet brauzerləri vasitəsilə əldə edilə bilən tərcümə funksiyasını Android və iOS əməliyyat sistemli mobil cihazlarda Gmail tətbiqinə əlavə etdiyini açıqlayıb. Bu xüsusiyyət istifadəçilərə öz ana dilindən başqa dillərdə yazılmış e-poçtları daha yaxşı başa düşmək və onlara cavab vermək məqsədi daşıyır.


Bu xüsusiyyət sayəsində istifadəçilər üçüncü tərəf proqramlarına və ya kompüterlərə ehtiyac duymadan e-poçtları başqa dilə çevirə bilərlər. Yeni tərcümə funksiyası ilk olaraq Android istifadəçiləri üçün aktivləşdirilib; Önümüzdəki dövrdə iOS dəstəkli cihazlarda da mövcud olacaq. Tərcümə funksiyası 100-dən çox xarici dili dəstəkləyir.