Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında 15,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.


Facemark.az "Report"a istinadən xəbər verir.


Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11,6 % azdır.


Yarım illik əməliyyatların 13,4 milyard ABŞ dolları nağdsız, 1,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,2 % və 30,8 % azdır.


Nağdsız valyuta əməliyyatlarının 79,5 %-i ABŞ dollarında, 20,5 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 84 %-i ABŞ dollarında, 16 %-i digər valyutalarda aparılıb.


Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.