Son xamanlar mətbuatda tez-tez televizor üzrə yeni dəbdə olan "hipsterlər" sözü eşidilir. Buna baxmayaraq hipsterlərin kim olduğunu çox az adam bilir. Hipster - dəbin ən son tendensiyalarını izləyən şəxsiyyətdir. Bu jurnal həyata və dünyaya sağlam gözlə baxan, müasir dünyada öz yerini tapmaq istəyən, bir yerdə durmayan daim inkişaf edən gənclik üçün yaradılıb. Dekabrın 21-i Bakıda “Pasifico — Lounge & Dining”-də yeni yaradılmış Hipster jurnalının ilk buraxılışının təqdimatı olmuşdur. Gənclərə həsr olunmuş bu jurnalın ilk sayının üzərində son dərəcədə professional bir heyət çalışır. Bu heyətə jurnalın redaktoru Arzu Hüseynova, art-direktor və baş dizayner Samir Hüseynov, kreativ direktor Sərvan Qədirov və marketinq direktor Venera Həsənova daxildir. Qeyd edək ki, Samir Hüseynov və Sərvan Qədirov “Kokon” kreativ agentliyinin həmtəsisçiləridirlər.
Jurnal müəlliflərinin arasında – DJ Pancho, stilist Fuad Hacıyev, müğənni Sol Naas, ASAİF və ASAAP təşkilatlarının həmtəsisçisi Ülkər İsayeva-Əhmədzadə, fotoqraflar Vitaliy Evdokimov, Nəzrin Məmmədova və başqaları var.
Jurnalın əsas maraqlı cəhətlərindən biri də onun üz qabığıdır. Belə ki, üz qabığında kimin təsviri olacağı haqqında jurnalın yaradıcı heyəti çox düşünüb. Onlar KİV-lərdə tez-tez gözə çarpan bir sima istəmirdilər. Nəticədə jurnalın ilk buraxılışının üz qabığında hipster bir qızın abstrakt fotosu təsvir olunub.