Azərbaycan bankçılıq təcrübəsində ilk dəfə olaraq “Bank of Baku” istehlak kreditlərini vətəndaşların yaşadığı ünvana çatdıracaq yeni bir layihəyə start verib. Layihə çərçivəsində vətəndaşlar nağd kredit kartı və ya Bolkart hissə-hissə ödəniş kartını əldə edəcək.
Belə ki, artıq ölkə boyunca minlərlə ailənin yaşayış ünvanlarına onlara özəl hazırlanmış plastik kart, həmçinin kart haqqında məlumat kitabçası və aktivləşdirmə şərtlərinin yerləşdirildiyi zərflər göndərilib. Kartı aktivləşdirmək isə çox sadədir. Aktivləşdirmək niyyətində olan ailələr zərfdə əks olunmuş 7 rəqəmli unikal kodu öz mobil telefonundan SMS ilə 8145 nömrəsinə göndərməlidir.
Növbəti mərhələdə bank əməkdaşları mesaj göndərmiş ailə ilə əlaqə saxlayaraq həftə içi və şənbə günləri kartı aktivləşdirmək üçün həmin ailənin yaşadığı ünvanı ziyarət edir . Bununla belə, ailə kartını bankın istənilən satış nöqtəsinə baş çəkməklə də aktivləşdirmək mümkündür. Ailə kart çərçivəsində nağd kreditlər arayışsız, əlavə 2% endirimlə rəsmiləşdirilir. Kreditin maksimal məbləği 5000 AZN, müddəti isə 30 aydır. Layihə çərçivəsində təklif olunan Bolkart isə şəhərimizin geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, restoran, supermarket və toplam olaraq 500-ə yaxın ticarət obyektlərində ödəniş üçün istifadə olunur. Kartla alınan malın dəyəri bərabər hissələrlə 1,3,6 və ya 12 aya bölünür və hissə-hissə ödənilir. Bolkartın maksimal məbləği 3000 AZN-dir.
Kreditin ünvana çatdırılması xidmətindən istifadə etmək istəyən hər ailə 8145 nömrəsinə SMS ilə “777 ” kodunu göndərə bilər. Mesaj banka daxil olan kimi bank əməkdaşları mobil telefon sahibi ilə əlaqə saxlayacaq.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.